BNA rus bloggerin tənqidlərinə münasibət bildirdi - VİDEO

BNA rus bloggerin tənqidlərinə münasibət bildirdi - VİDEO

"Agentlik bu işləri xarici bloggerlər üçün yox, vətəndaşlar üçün görüb"

Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi İlya Varlamovun paytaxtın piyada keçidlərilə bağlı dediklərinə münasibət bildirib. 

BNA-nın mətbuat rəhbəri Mais Ağayev bloggerin bundan əvvəl də Bakı haqda videoçarx yaydığını bildirib:

"Həmin sujetdə paytaxtda yol hərəkətinin təşkili, piyadaların təhlükəsizliyi ilə bağlı bir sıra problemlər qabardılmışdı. Onda da BNA bu istiqamətdəki işlərinə yeni başlamışdı. Ötən dövrdə isə bloggerin dediyi problemlər aradan qaldırılıb.

Sonuncu videoçarxa gəlincə, İstiqlaliyyət küçəsində piyada zolaqları çəkilib. Keçiddə pandusun olmaması məsələsini isə BNA İ.Varlamovdan əvvəl qaldırıb. Ancaq Agentlik bu işləri xarici bloggerlər üçün yox, vətəndaşlar üçün görüb". 

Blogger hazırladığı sujetdə paytaxtın İstiqlaliyyət küçəsində piyada zolağlarının azlığı, keçidin uzaqda olması və keçidlərdə pandusların olmadığı, bunun isə yaşı və əlil insanlar üçün problem yaratdığını qeyd edib. Açıqlamanı Report yayıb.

Bakucity.az

BNA rus bloggerin tənqidlərinə münasibət bildirdi - VİDEO
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər