Bakıda orta məktəblərdən oğurluq edənlər saxlanıldı - FOTO

Bakıda orta məktəblərdən oğurluq edənlər saxlanıldı - FOTO

Oğrular paytaxtda yerləşən bir neçə məktəbi qarət ediblər

Paytaxtda yerləşən 54 saylı məktədən hər birinin qiyməti 700 manat olan 4 proyektorun oğurlanması barədə Nəsimi rayon 19-cu polis şöbəsinə məlumat daxil olub. 

Bu barədə Bakucity.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ruslan Əliyev, Elnur Zeynalov və Anar Sadıqov saxlanılıblar.  

Həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar Səbail və Xətai rayonlarında yerləşən daha 3 məktəbdən televizor, noutbuk kimi digər avadanlıqlar oğurlayaraq satıblar.

Faktlarla bağlı Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.

Bakucity.az

Bakıda orta məktəblərdən oğurluq edənlər saxlanılıldı - FOTO
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər