708 km yolun tikintisi 2021-ci ildə başa çatacaq
Bakucity.az xəbər verir ki, Bakıdan Batumiyə qədər müasir standartlara uyğun avtomobil yolu olacaq
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialına dair bu gün keçirdiyi mətbuat konfransında deyib: “Gəncədən Gürcüstanla dövlət sərhədinə qədər, müasir standartlara cavab verən avtomobil yolunun tikintisi 2021-ci ildə başa çatacaq”.
Onun sözlərinə görə, Gürcüstan tərəfdə sərhədə qədər olan yol eyni səviyyədə qurulur: “Beləliklə, 2021-ci ilə qədər Bakıdan Batumiyə kimi müasir standartlara cavab verən yol olacaq. Şimal istiqamətində 2-ci yol isə 2020-ci ildə istifadəyə veriləcək. Bununla da, ölkənin şimal sərhədindən cənub sərhədinə kimi A kateqoriyalı yol istifadədə olacaq”. Xəbəri Report yayıb.
Qeyd edək ki, Bakıdan Batumi şəhərinədək məsafə 708 km-dir.
Bakucity.az