"Keşlə" Kamran Ağayevlə bağlı iddialara münasibət bildirdi

"Keşlə" Kamran Ağayevlə bağlı iddialara münasibət bildirdi

Klubun mətbuat xidmətinin rəhbəri bilirib ki...

Bakucity.az xəbər verir ki, "Keşlə" klubu Azərbaycan milli komandasının heyətində xəsarət alan qapıçı Kamran Ağayevin zədəsinin ciddi olmaması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov açıqlamasında, K.Ağayevin müayinə nəticəsində sağlam olduğunun üzə çıxması xəbərini təkzib edib və qapıçının həkim nəzarətində olduğuna görə məşqlərə qatıla bilmədiyini bildirib. Klub rəsmisi Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ" ilə keçirəcəkləri matçda qapıda Davud Kəriminin duracağını deyib. xəbəri Report yayıb.

Kamran Ağayev UEFA Millətlər Liqasının V turunda Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının Farer adalarını 2:0 hesabı ilə məğlub etdiyi matçında xəsarət alıb.

Bakucity.az

"Keşlə" Kamran Ağayevlə bağlı iddialara münasibət bildirdi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər