3000 manatlıq mal oğurlanıb
Bakucity.az xəbər verir ki, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində noyabrın 21-də rayon ərazisində yerləşən mağazadan 3000 manatlıq 40 mobil telefon oğurlamaqda şübhəli bilinən, Sumqayıt və Gəncə şəhər sakinləri, iki yeniyetmə saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bakucity.az