“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!”
Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına Nərimanov Rayon İcra Hakimiyyəti də qoşulub.
KİV nümayəndələrinin də iştirak etdiyi aksiyada, Azadlıq prospekti 146 ünvanında sökülmüş köhnə binanın yerində 500-ə yaxın ağac tingi əkilib.
Ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azəryaşlandşaft" ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
Bakucity.az