Açılış ötən gün Nizami Kino Mərkəzində keçirilib
Bakucity.az xəbər verir ki, tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirin açılışında türkiyəli aktyorlar Gizem Karaca, Burak Özcivit, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak ediblər.
Türkiyəli rejissor Mehmet Günün “Güllər” filmi nümayiş olunub.
Noyabrın 27-dək davam edəcək türk filmləri həftəsi çərçivəsində “Səni sevirəm, adamım”, “Can fəda”, “Hay” və “Anons” filmləri nümayiş ediləcək.
Bakucity.az