Bakıda uşaq əyləncə mərkəzlərində xidmət və qiymətlər sərf edirmi? - ARAŞDIRMA

Yeni ildə uşaqlar harada daha yaxşı vaxt keçirə bilər?

Uşaqlar əylənmək üçün cizgi filmləri və təbiətdə oynamaq kifayət etmir. Bu zaman müasir oyun avadanlıqları ilə təchiz olunmuş uşaq əyləncə məkanları valideynlərin köməyinə çatır. Bakı şəhərində isə kifayət qədər belə mərkəzlər fəaliyyət göstərir. Bakucity.az paytaxtda fəaliyyət göstərən əyləncə mərkəzlərinin xidmət və qiymətləri barədə araşdırma aparıb. Materialı təqdim edirik. 

Uşaq əyləncə mərkəzləri

“Megafun” əyləncə mərkəzinin meneceri Uğur Mahmudov Bakucity.az-a açıqlamasında mərkəzdəki qiymətlərə aydınlıq gətirib:

“Attraksion və oyunlardan istifadə kart vasitəsilə tənzimlənir. Yeni kartın balansında isə ən az 5 AZN olmalıdır. “Qorxu Tuneli”ndə əylənmək istəyən 1 uşağa hər 30 dəqiqə üçün 4, “Dino Park”dakı 7 müxtəlif dinozavr attraksionunun hər birindən istifadə etmək üçün isə 1 manat lazımdır. Filmə baxmaq üçün “Cine Zal”ımız da var. “Magic Jungle – labirint”ə daxil olan uşaqların balansından 3 AZN çıxılır. Burada müxtəlif nağıl qəhrəmanları, personajlar və müğənnilərin iştirakı ilə 10-60 nəfərlik şənliklər keçirə bilərsiniz. Karaokenin dəqiqəlik istifadəsi isə 10 AZN-dir. Bundan başqa, buz meydançasının 10 dəqiqəsi – 5 AZN, 30 dəqiqəsi – 10 AZN, 1 saatı – 15 AZN, limitsiz 1 günü – 20 AZN-dir. Noyabrın 1 – dən başlayan “Happy Hours” kompaniyası ayın sonuna kimi aktivdir. Kompaniya çərçivəsində cədvəldə qeyd olunan attraksionların endirilmiş qiymətləri təqdim olunacaqdır”.

“Gym & Fun” uşaq əyləncə mərkəzinin meneceri Günel Cəfərova  bildirib ki, uşaqlar üçün yeni il proqramlarına hazırlıq gedir.

“Burada 3 yaşından 14 yaşınadək olan uşaqlar 1 saatı 3 manata “Qonka”, “Şariklər”, “Labirint” və s. kimi əyləncə otaqlarında vaxtlarını səmərəli keçirə bilərlər. Ad günü və müxtəlif banketlər keçirmək üçün 50 nəfərlik otaqlarımız da var və həmin günlərdə 1 nəfərlik uşaq menyusunun qiyməti  7.40 AZN, 1 saatı 5 AZN olan oyun zallarının qiyməti isə 50% endirimlə 2.50 AZN edir. “Yeni il” şənliklərində müxtəlif oyunlar, Şaxta Baba və Qar qız daxil olmaqla qiymətlər olduğu kimi qalacaq”, - deyə Günel xanım sözünü tamamlayıb. 

“Bumblebee Kids Club” uşaq əyləncə və inkişaf mərkəzi 6 aydan 12 yaşadək uşaqlar üçün nəzərdə tutulub.

Mərkəzin meneceri Rövşən Abbasov uşaq əyləncəsinə xidmətlərə aydınlıq gətirib: “Burada uşaqların yaş qrupuna görə musiqi, rəqs, kulinariya xidmətləri var. İki oyun meydançası – “Zoom” və “Eye Play”, maskarad geyimləri otağı, kafe və istirahət zonası da həmçinin... Burada şənbə və bazar günləri 7+ yaş qruppuna aid “Super Chefs” adlanan kulinariya fəaliyyəti təşkil olunur. Həmçinin bazar günləri “Musiqi və rəqs” studiyasında 4 yaşdan yuxarı uşaqlar təlimçilərlə birlikdə müxtəlif səhnəciklər qururlar. “Drama” adlanan bu proqramda uşaqların sayı 4 olmalıdır”.

“Cosmo Land” uşaq əyləncə mərkəzinin meneceri Qasımova İrina yeni il proqramlarının uşaqlar üçün endirimli olacağını bildirib:  

“Şaxta baba burada balacalara yeni il hədiyyələrini vermək üçün səbirsizliklə gözləyir. Proqramlar isə dekabrın axırından başlayaraq yanvarın ortalarına qədər davam edəcək.  Yeni il gecəsində isə DJ, karaoke, fləşmob, ən əsası Şaxta baba və Qar qızın valideynlərlə uşaqlara 15 manatlıq hədiyyə menyusu təqdim edəcək. Menyuya daxil olan yeməkləri müştərilər özü seçəcək.

Bunu da oxu: Bakıda dietoloqlara ən çox kimlər müraciət edir? - QİYMƏTLƏR

“Biz Plus Madagascar” uşaq əyləncə mərkəzinin rəhbəri Şahin Cəbrayılov isə yeni ildə kimsəsiz uşaqlar üçün bayram proqramının hazırlandığını vurğulayıb.

“Burada bütün növ oyun, əyləncə və 30-50 nəfərlik banket otaqları, zallar var. Menyuların qiyməti isə seçimdən asılı olaraq 1 nəfər uşaq üçün 15, valideyn üçün isə 15 manatdan 100 manata qədərdir. Kimsəsiz uşaqlar üçün xeyriyyə tədbirlərini həmişə keçirmişik, bu yeni il bayramı üçün də nəzərdə tutmuşuq ki, onları yenə mərkəzimizə dəvət edək. Oyun zallarında 30 dəqiqəlik əyləncə oyunların növünə görə 3-5 manat arasında dəyişir” deyən Ş.Cəbrayılov bildirib.  

Psixoloqların fikrincə oyunlar stressin azalmasına, uşağın emosional inkişafına müsbət təsir göstərir. Həmçinin, oyun sayəsində uşaqların təfəkkürü, fiziki bacarığı da artır. Dietoloqların fikrincə isə oyun zamanı aktiv fiziki hərəkətin uşaqların güclü və sağlıqlı formada böyümələrilə yanaşı,  onları piylənmə problemindən də xilas edir. 

Sonda oxucularımıza uşaq əyləncə mərkəzlərindəki qiymətləri təqdim edirik. 

Mərkəzin adı

Xidmət

Qiymət

"Megafun"

1. Şəhər turu
2. Əjdaha balası
3. "Magic Jungle" 
4. Qatar
5. "Max Flight"
6. "PopUPS" 
7. Atlar
8. Venesiya
9. Karaoke (30 dəq)
10. "Simworx" 
11. “Qorxu Tuneli”
12. “Dino Park”

1. 1,50 ₼
2. 1,50 ₼
3. 1,50 ₼
4. 1,00 ₼
5. 1,50 ₼
6. 1,50 ₼
7. 1,50 ₼
8. 1,50 ₼
9. 5,00 ₼
10. 1,50 ₼
 4.00 ₼
 1. 00 ₼

"Gym & Fun"

1. Oyun otaqları
2. Endirimlə
3. Uşaq menyusu

1. 3.00-5.00
2. 2.50
3. 7.40 ₼

"Bumblebee Kids Club"

"Cosmo Land"

1. Hədiyyə menyu

15.00 ₼

"Biz Plus Madaqaskar"

1. Uşaq menyusu
2. Oyun zalı

1. 15.00 ₼
2. 3.00-5.00 ₼

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Araşdırma Uşaq Əyləncə Mərkəzləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 14 avqustda gözlənilən hava şəraiti açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilənməlumata görə,Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.  Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  28-31,  Bakıda  gecə 21-23, gündüz  29-31 dərəcə is...
Kriminal
Bakıda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyindən BakuCity.az-a bildirilib. Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiklərinə görə tutulmuş H.Məlikovun, T.Əliyevin və V.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakini E.Kazımovun 400 manat, 470 ABŞ dolları və 600 avro pulunu soyğunçuluq yolu ilə almaları da müəyyən edilib. BakuCity.az
Kriminal
Yaşayış yerini tərk Covid-19-a yoluxmuş şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə koronavirusa yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.  Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydala...
Cəmiyyət
Azərbaycanda karantin rejiminin qaydaları yumşaldıqdan sonra bir sıra müəssisələr və obyektlər öz fəaliyyətini bərpa edib.  BakuCity.az xəbər verir ki, Azərbaycanda əhalinin böyük maraqla gözlədiyi "Binə" və "Sədərək" ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağanın aradan qaldırılmasıdır.  Hələlik hər iki ticarət mərkəzinin fəaliyyəti ilə bağlı qərar verilməsə də, sosial şəbəkədə iri ticarət mərkəzlərinə olan tələbatla bağlı geniş müzakirələr aparılır...
Cəmiyyət
Bakıda müəllim dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib. Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib. BakuCity.az xəbər verir ki, bu barədə Ali Məktəbdən məlumat verilib.  Məlumata görə, Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən h...
Cəmiyyət
Dondurulmuş toyuq qanadlarında koronavirus aşkarlanıb. Çinin cənubundakı Şenzen şəhəri rəhbərliyi Braziliyadan gətirilmiş dondurulmuş toyuq qanadında koronavirus aşkarlandığını açıqlayıb. BakuCity.az xəbər verir ki, Çinin yerli xəstəliklərə nəzarət mərkəzləri iyun ayından etibarən ət və dəniz məhsullarını xüsusi testlərdən keçirirlər. Buna səbəb iyun ayında dəniz məhsulları bazarında yeni virusun yayılması idi. Bu proseslər çərçivəsində toyuq qanadlarından...
Kriminal
Bakıda "9933" taksi şirkətinin sürücüsü sərnişini baltalamağa çalışıb. BakuCity.az xəbər verir ki, Bakıda "9933" taksi şirkətinin sürücüsü "Vətəninfo.az" saytının baş redaktoru Nahid Canbaxışlını baltalamağa cəhd edib. Bu barədə demokrat.az-a danışan Nahid Canbaxışlının sözlərinə gərə, dünən saat 20:07-da sifariş etdiyi "9933" taksi şirkətinin əməkdaşı (Opel Astra - 33-BG-034) tərəfindən 20:59-da hücuma məruz qalıb: "Taksi sürücüsü məni Binə qəsəbəsində ev...
Cəmiyyət
Paytaxtda gələn həftədən iri ticarət mərkəzləri açılır? Xəbər verildiyi kimi, avqustun 11-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib. Belə ki, açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Bəs iri ticarət mərkəzləri ilə bağlı qaydalar varmı? Gələn həftə açıq havada olan kafe və restoranlarl...
Cəmiyyət
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər. İdarədən BakuCity.az-a verilən məlumata görə, iyulun 23-ü və 24-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70 nömrəli məktəb-liseyin məzunu Ağakərimova Aydan Şahbala qızı, 213 nömrəli məktəb-liseyin məzunu Qardaşəliyeva İlahə Şahgül qızı, 229 nömrəli...