Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb

Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb, Javid

Səbəb elektrik enerjisinin açılması olub

Bakucity.az xəbər verir ki, bu gün Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində qısa fasilə yaranıb.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.

Məlumata görə, fasilə təqribən 08:10 radələrində yaranıb.

“Buna səbəb elektrik enerjisinin açılması olub. Problem aradan qaldırılan kimi qatarın hərəkəti bərpa edilib", - deyə məlumatda vurğulanıb. 

Bakucity.az

Sumqayıt-Bakı qatarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər