Bakıda bu villa 21 milyona satılır - FOTOLAR

Bakıda bu villa 21 milyona satılır - FOTOLAR, Javid

Möhtəşəm tikili 2 mərtəbədən ibarətdir

Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsində möhtəşəm villa 21 milyon manata satışa çıxarılıb.

Bakucity.az xəbər verir ki, qəsəbənin ən bahalı küçələrindən hesab edilən Mir Cəlal Paşayev küçəsində yerləşən villa 160 hektar ərazidə inşa olunub. Möhtəşəm tikili 2 mərtəbədən ibarətdir.

Bunu da oxu: Bakıda uşaq əyləncə mərkəzləri – Xidmət və qiymətlər

Klassik üslubda hazırlanmış müasir tikilinin ümumi sahəsi 2.000 kvadratmetrdir. Yaşayış tamamilə yeni eksklüziv dizayn mebelləri, lampalar, qablar, rəsmlər və sair ilə təchiz olunub.

Tikilinin özü qədər həyətyanı sahəsi də diqqət çəkir. Həyətində meyvə və bəzək ağaclardan ibarət böyük bağ var.

Tikili hökumət igamətgahları və villaları arasında yerləşir. Villanın ilkin satış qiyməti 21.000.000 manatadır.

Villanın satışı ilə əlaqədar bir neçə gündür əmlak satış saytı olan Bina.az-a xüsusi elan da verilib. Elanda qeyd edilib ki, igamətgahı almaq istəyən şəxslərin məxfiliyi tam qorunacaq.

Mülkün bütün sənədləri və kupçasının tam qaydasında olduğu deyilir. (Azar.az)

Bakıda bu villa 21 milyona satılır - FOTOLAR, fotoşəkil-1 Bakıda bu villa 21 milyona satılır - FOTOLAR, fotoşəkil-2 Bakıda bu villa 21 milyona satılır - FOTOLAR, fotoşəkil-3

Bakucity.az

Villa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər