Paytaxtda dövlət rəsmisinin velosipedi oğurlanıb

Paytaxtda dövlət rəsmisinin velosipedi oğurlanıb

Jurnalistlərin binasında oğurluq hadisəsi olub

Bakucity.az xəbər verir ki, Bakının Bibiheybət qəsəbəsində yerləşən jurnalistlərin binasında oğurluq hadisəsi qeydə alınıb. 

Ötən gün Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin velosipedi oğurlanıb.

Müşfiq Ələsgərli xəbəri təsdiqləyib: "Velosipedi ikinci mərtəbədə evimin qapısının önündə saxlayırdım. Ötən gün xəbər tutdum ki, velosiped oğurlanıb.  Artıq polisə müraciət olunub. Mən polisə güvənirəm. İnanıram ki, velosipedi tapıb qaytaracaqlar. Çünki binadan çəkilən kamera görüntüləri də var. Binanın mühafizə xidməti onu qeydə alıb və kamera görüntüləri polisə təqdim edilib". Çəlumatı demokrat.az yayıb.

Bakucity.az

Oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər