Sürücülərə xəbərdarlıq: Bakıda bunu edənlər cərimələnəcək

Sürücülərə xəbərdarlıq: Bakıda bunu edənlər cərimələnəcək, Javid

 40 manat məbləğində cərimə nəzərdə tutulur

Bakucity.az xəbər verir ki, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edir. Bunu qurumun  ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib. 

Hazırda küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artdığını xatırladan R.Quliyev bu səbəbdən sürücülərın avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət ayırmalarının vacibliyini xüsusilə vurğulayıb. 

Xatırladaq ki, AR İXM-nin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Bakucity.az

DYP Sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər