Ədliyyə Nazirliyinin eksperti Bakıda həbs edildi

Ədliyyə Nazirliyinin eksperti Bakıda həbs edildi, Javid

 İlham Həsənov hədə-qorxu ilə pul tələb etmədə ittiham edilir

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İlham Həsənov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda təqdimat təmin edilib.

İ.Həsənov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, İ.Həsənov hədə-qorxu ilə pul tələb etmədə ittiham edilir. 

Bakucity.az

Ədliyyə nazirliyi Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər