Bakıda bankın sabiq departament müdiri həbsə göndərildi

Bakıda bankın sabiq departament müdiri həbsə göndərildi, Javid

O 300, 000 manatı mənimsəməkdə ittiham edilib

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmənin hökmü ilə A.Mahmudov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, A.Əhmədov "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək onlara qarşı, ümumilikdə, 312 851 manat məbləğində ziyan vurub. Həmin ziyandan 23 784 manat pul ödənilib. Xəbəri Report yayıb. 

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər