İsrailli şair Bakı haqqında kitab yazdı

İsrailli şair Bakı haqqında kitab yazdı

Pyotr Davıdov Bakıda doğulub

Bakucity.az xəbər verir ki, israilli şair Pyotr Davıdov doğma şəhəri haqqında “Bakı səni gözləyir” kitabını dərc edib. 

Bununla bağlı şair özü məlumat yayıb.

Onun sözlərinə görə, bu, tamamilə qeyri-adi poetik reportajdır. Burada şeirlər nəsrlə yazılmış xatirələrə çevrilir, müasir Bakıdan çəkilən fotolar isə qədim şəkillər və açıqcalara uyğun gəlir. 

120 səhifəlik kitaba Bakı və bakılılar haqqında 85 şeir, müasir Bakının 95 fotosu daxil edilib. Kitabın təqdimatı yaxın günlərdə keçiriləcək. 

Pyotr Davıdov Bakıda doğulub. Məlumatı Oxu.az yayıb. 

Bakucity.az

İsrail
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər