Bakıda ofisiantlara və saç ustalarına vergi qoyulacaq? - AÇIQLAMA

Bakıda ofisiantlara və saç ustalarına vergi qoyulacaq? - AÇIQLAMA, Javid

Verginin 20 manata qədər olacağı bildirilir 

Bakucity.az xəbər verir ki, Azərbaycanda asanlaşdırılmış vergilər sahəsində dəyişikliklər təklif edilir. 

Bu barədə "İnterfaks Azərbaycan"a Vergilər Nazirliyindən bildirilib. Məsələ artıq Milli Məclisdə müzakirə üçün göndərilən Azərbaycanın Vergi məcəlləsinə ediləcək dəyişikliklər paketində öz əksini tapıb. 

Dəyişikliklərə əsasən 2% həcmində vahid sadələşdirilmiş vergi sisteminin tətbiq olunması planlaşdırılır. Əgər bu qanun keçərsə, 5 nəfərdən artıq işçisi olan istehsalat müəssisələri, topdansatış ticarətlə məşğul olan şəxslər, xidmət sahəsində çalışan şəxslər, qızıl və zinət əşyalarının satışı ilə məşğul olan şəxslər, lisenziya fəaliyyəti ilə məşğul olan şəxslər vergi ödəməli olacaq. Bu peşə sahiblərinin arasında  ofisiant və bərbərlər də var. Ofisiantlar üçün safələşdirilmiş verginin aylıq 10 manat, bərbərlər üçün isə 20 manat olması planlaşıdırlır. 

Bakucity.az

Vergi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər