Paytaxtda lift pulu beş dəfə artırılır? - AÇIQLAMA

Paytaxtda lift pulu beş dəfə artırılır? - AÇIQLAMA, Javid

Bakıda adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır

Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyininə yeni təyin olunmuş yeni baş direktor Xalid Ələkbərov məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, vətəndaşlar lift pulunu ödəmək istəmirlər:

“Bu gün işçilərimiz vətəndaşdan 20 qəpik almaq üçün qapını döyür. Əhali elə düşünür ki, biz o pulu cibimizə qoyuruq. Amma onlar bilmir ki, adambaşına düşən lift ödənişlərinin qiyməti 20 qəpik deyil.

Biz istəyirik ki, qiymətlərə baxılsın. Nazirlər Kabineti məsləhət bilsə, qiymətlər artırıla bilər. İdarəmiz dövlət vəsaitinin hesabına işləyir, əməkhaqqı veririk. Ödəniş az olduğu üçün işçilərin əməkhaqqını qaldıra bilmirik. Çünki dövlətdən maliyyələşirik.

İnsan var ki, gedir bir manata adi su alıb içir, amma liftlə qalxmağa pul ödəyəndə deyir ki, niyə 20 qəpik ödəyirəm? Qiymət təklifdəki məbləğ olsa, lift xarab olanda onu təmir etmək, vəsait qoymaq olar”.

Bakucity.az

Lift
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər