“Azercell” yeni kitab layihəsinin təqdimatını keçirdi - FOTOLAR

Abunəçilərə audio kitablar dinləmək imkanı yaradılıb.

Bakucity.az xəbər verir ki, “Azercell Plus Audio Kitablar: Mütaliənin doğma səsi” layihəsinin təqdimatı noyabrın 26-da “Bulvar Hotel”də keçirilib.

Təqdimatda “Bookmate” şirkətinin baş direktoru Andrey Bayev, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, şair Qismət Rüstəmov kimi tanınmış simalar iştirak edib.

Tədbiri açıq elan edən Şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya yeni layihə barədə iştirakçılara məlumat verib:

“Layihəni ilk dəfə 2016-ci ildə “Bookmate” rəqəmsal kitabxana formasında Azərbaycan ictimaiyyətinə təqdim etmişdik. O zaman abunəçilərə 18 dildə 48 min klassik, müasir və elmi-bədii, biznes ədəbiyyatı nümunələrini mobil cihaz üzərindən əldə etmək imkanı verilmişdi. Mobil telefon operatoru olaraq bu layihəni davam etməkdə məqsədimiz vaxtının çoxunu telefonla keçirən insanlar üçün bu cihazı daha yararlı etmək və mütailə mədəniyyətinə dəstək olmaqdır”.

“Azercellin Telecom”un prezidenti Vahid Mürsəliyev isə çıxışında qeyd edib ki, Azercell şirkəti tək biznes layihələrin həyata keçirilməsilə deyil, həm də mühüm sosial layihələrin həyata keçirməsində maraqlıdır. “Bilirsiniz ki, “Bookmate” "Azercell" şirkətinin eksklüziv layihəsidir, - o  bildirib: Bu layihə vasitəsilə biz 100000-dən artıq kitabı həm Azərbaycan, həm də xarici dillərdə istifadəçilərə təqdim etmişik. Bu gün isə “online” kitabxananın səsli versiyasını təqdim edirik. İlkin versiyada klassik ədəbiyyat nümunələrini təqdim etmişdik, bundan sonra isə müasir, çağdaş ədəbiyyat nümunələrinə də yer ayıracağıq. “Azercell” şirkəti bu cür layihələrlə həm gəncliyə, həm də təhsilə öz dəstəyini əsirgəməyəcək”.

“İnanırıq ki, məhz bu xidmət vasitəsilə biz mütaliə sevgisini aşılamış, təbliğ etmiş olacağıq. Audio kitab xidməti ictimai nəqliyyatda, avtomobillə gedərkən vaxtı səmərəli şəkildə keçirmək üçün əla vasitədir. Həmçinin, bu yolla uşaqlara da kitab sevgisini aşılamaq olar. Çalışacağıq ki, Azərbaycan dilində daha çox audio kitablar təqdim edək”, - bu sözləri isə “Bookmate” şirkətinin baş direktoru Andrey Bayev deyib

Tədbir “Rebus” teatrının repertuarında Uilyam Şekspirin “Hamlet” əsərindən kiçik səhnə ilə davam edib. 

Çıxışına zarafatyana giriş verən xalq yazışısı Çingiz Azbullayev qeyd edib ki, ilk dəfədir Şekspirdən sonra söz deyir. "Uşaqlarımız nə qədər çox kitab oxusa ölkəmiz o qədər çox inkişaf edəcək, o deyib: 

Bu günki telefonlar çoxfunksiyalıdır və biz bundan istifadə etməliyik. Bu layihə vasitəsilə nəinki Avropa ədəbiyyatını Azərbaycan dilində eşitmək, çox istərdim ki, Azərbaycan ədəbiyyatını da xarici dillərə tərcümə edib bu yolla bütün dünyada təbliğ edək. Mən öz kitablarımı “Azercell”ə ödənişsiz verəcəyəm, nə qədər istəyirsiniz audio şəkildə yayın”. 

Gənc şair və esseist Qismət Rüstəmov da tədbirdə çıxış edib, o, audio kitabların kağız kitablar üçün təhlükə olmadığını bildirib: “Umberto Ekonun məşhur müsahibələrindən birində belə bir söz var; kitab elə bir nəsnədir ki, təkər kimi, onu bir dəfə kəşf etdinsə ondan mükəmməlini kəşf etmək mümkün deyil. Əlbəttə ki, yazıçı üçün kitaba toxunmaq, onu kağız formada oxumaq bir başqadır, amma kitabı təbliğ edən, insanları kitaba, ədəbiyyata səsləyən bütün vasitələr məqbuldur”. 

Tədbirin sonunda “Rebus” teatrının repertuarında “Siçan Tələsi” əsəri izlənilib.

"Azercell"in bu xidmətinin ən böyük üstünlüklərindən biri budur ki, kitabları oxumaq üçün daimi internetə ehtiyac yoxdur. Yüklənən kitablar cihaza yox, abunəçinin şəxsi kitabxanasına əlavə olunur. “Azercell “Bookmate”dən istifadə edən ilk abunəçilərinə 1 həftəlik ödənişsiz istifadə imkanı da verir.

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Azercell BookMate
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır,...
Cəmiyyət
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb. Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin k...
Cəmiyyət
Şəhərin mərkəzində uçulub-tökülən bir məhəllə. Paytaxtın Nərimanov rayonu ərazisində olan bu məhəllədə yaşayanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə yaşayır. Ərazidə fəaliyyət göstərən tikinti şirkəti tərəfindən sakinlərin yarısı başqa yerə köçürülsə də, digərləri, necə deyərlər, Allahın ümidinə qalıblar. BakuCity.az xəbər verir ki, söhbət Nərimanov rayonu, Malik Məmmədov 28 ünvanındakı məhəllədən gedir. “Komfort həyat” şirkəti tərəfindən ərazidə tikinti iş...
Cəmiyyət
Qurban bayramının qeyd edildiyi günlər qeyri-rəsmi iş günləri olacaq. İyulun 31-i və avqustun 1-i Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd olunacaq. BakuCity.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncamında öz əksini tapıb. Azərbayan Respublikasının Baş Naziri Əli Əsədovun 2 dekabr 2019-cu il tarixində imzaladığı...
Hadisələr
Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, hadisə ötən gün Atatürk prospektində qeydə alınıb. “Domino's pizza”da kuryer işləyən Ülvi motosikleti ilə qəzaya düşüb və aldığı xəsarətdən vəfat edib. Gəncin yaxınlarının sosial şəbəkələrdə yazdığqlarına görə, Ülvi restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş...
Cəmiyyət
Bakıda yararsız binaların söküntüsü davam edir. BakuCity.az  xəbər verir ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər. Hazırda işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Sakinlərə evlərinin ölçülərinə uyğun olaraq 400-800 manat arasında kirayə haqqı ödənilir. Daha sonra sakinlər köçürüldükləri mən...
Cəmiyyət
Kürdəmirdə koronavirusa yoluxma sürətlənib. BakuCity.az xəbər verir ki, rayonun Sığırlı kəndində kütləvi yoluxma qeydə alınıb.  Ətraflı reportajı təqdim edirik: BakuCity.az
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 5...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. 8-ci km bazarının qarşısında yolu keçən 1983-cü il təvəllüdlü Novruzov Samir Əli oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az