AFFA "Zirə"nin məşqçisini bir oyunluq cəzalandırıb

AFFA "Zirə"nin məşqçisini bir oyunluq cəzalandırıb, Javid

AFFA İntizam Komitəsi  Seymur Rəhimovu  cəzalandırıb

Bakucity.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna Rəhimovun Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"la matç zamanı texniki zona qaydalarını pozması səbəb olub. O, baş hakim Səbuhi Bayramova sərt şəkildə etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Qəsəbə təmsilçisi buna görə 800 manat məbləğində cərimə olunub. 

Qeyd edək ki, görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.  Samir Abasovun baş məşqçi olduğu komanda növbəti turda "Qəbələ"nin qonağı olacaq. Görüş dekabrın 2-də keçiriləcək. 

Bakucity.az 

Zirə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər