Deputatdan etiraz: Bakı məhəllələr şəhərinə dönüb

Deputatdan etiraz: Bakı məhəllələr şəhərinə dönüb

Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir.

Oxu.Az xəbər verir ki, bu təkliflə parlamentdə Vergi Məcəlləsinin müzakirəsində deputat Fazil Mustafa çıxış edib. 

Millət vəkili qeyd edib ki, artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir: 

“Bu da paytaxtda əhali sıxlığının artmasına səbəb olur. Həm də insanlar normal şəraitdə yaşaya bilmirlər, gecəqondularda qalmağa da məcbur olurlar. Bu gün Bakı məhəllələr şəhərinə çevrilib. Artıq gədəbəylilər, lənkəranlılar, şəkililər  və sairə məhəllələr var. Bunun qarşısını almaq üçün regiona dönüş proqramı mütləq qəbul edilməlidir. 

Həmçinin bölgələrdə  məhsul istehsal edən vətəndaşla onun istehsal etdiyi məhsulu alan topdansatış müəssisələri arasında fərq qoyulmalıdır. Necə olur ki, məhsul istehsal edən, əkib-becərən vətəndaş da iki faiz vergi ödəyəcək, onun malını alan topdansatış müəssisəsi də?! Bunun harası ədalətli oldu? Növbəti oxunuşlara kimi bu məsələ yenidən nəzərdən keçirilməlidir”.

Bakucity.az

Fazil Mustafa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər