"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi

"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi

Futbolçular səfərə hazırlaşır

Bakucity.az xəbər verir ki, futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” komandası qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə səfərə hazırlaşır.

Qəsəbə təmsilçisi 13 - 27 yanvarda Türkiyədə hazırlıq keçməyi planlaşdırır, lakin komandanın hansı oteldə qalacağı, ayın neçəsində və neçə yoxlama oyununda özünü sınayacağı hələlik məlum deyil.

12 turdan sonra 6 xal toplayan “Zirə” “Keşlə” ilə son iki pilləni bölüşür.

Klublar 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxmağı planlaşdırırlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə sonlanacaq. Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

Bakucity.az

Futbolçularımız səfərə hazırlaşır
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər