Sərgi 3 gün davam edəcək
Bakucity.az xəbər verir ki, "Beynəlxalq əlillər" günü münasibətilə 3-5 dekabr tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İçərişəhərdə fiziki məhdudiyyətli şəxslərin "X Ümumrespublika Yaradıcılıq Sərgi" müsabiqəsi keçiriləcək.
Müsabiqənin keçirilməsində məqsəd əlil şəxslərin yaradıcılıq imkanlarına dəstək olmaq və onları cəmiyyətə təqdim etməkdir.
Üç gün davam edəcək sərgi-müsabiqədə Azərbaycanın müxtəlif bölgələrindən 250 nəfərdən artıq fiziki məhdudiyyətli yaradıcı şəxsin 1500-dən çox əl işi nümayiş olunacaq. Tədbir çərçivəsində əsərlərin satışına da şərait yaradılacaq.
Fərqli yaradıcılıq nümunələri ilə seçilən iştirakçılar isə müvafiq nominasiyalar üzrə mükaf alacaqlar.
Bakucity.az