Bakıda məşhur futbolçunu aldadıb 150 min manatını aldılar

Bakıda məşhur futbolçunu aldadıb 150 min manatını aldılar

“Səbail” klubunun üzvü  dələduzlarının onu aldatmasından danışıb

Bakucity.az xəbər verir ki, Azərbaycan milli komandasının və “Səbail” klubunun üzvü Rahid Əmirquliyev tikinti dələduzlarının onu aldatmasına münasibət bildirib. 

Təcrübəli yarımmüdafiəçi hadisəni təsdiqləyib. O, həmçinin bildirib ki, artıq məhkəmə sona yaxınlaşır, məsələ yaxın günlərdə həllini tapacaq: “Belə bir şey olub. Amma 8 ay öncə baş verib. Məhkəmə davam edirdi. Artıq iş sona yaxınlaşır. Demək olar ki, öz həllini tapacaq”.

Qeyd edək ki, Rahid Əmirquliyev bir evi bir neçə nəfərə satan şəxslərin qurbanı olub. "Bakı" MTK-nın vəzifəli şəxsləri Çingiz Bağırov və Eynur Xudiyev ona satdıqları evi başqa bir neçə nəfərə də satıblar.  Xəbəri “Qafqazinfo” yayıb.

Bakucity.az

Rahid Əmirquliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər