3 nəfər piyada vurulub
Bakucity.az xəbər verir ki, səhər saatlarında paytaxtın Neftçilər prospektində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Hyundai” markalı, 99 NU 793 nömrəli avtomobil yolu keçmək istəyən üç piyadanı vurub.
Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib.
Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Məlumatı Oxu.az yayıb.
Bakucity.az