10 avtomobilə ziyan vurulub
Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonunda bir sutka ərzində naməlum şəxslər 10 avtomobilə ziyan vurublar və şəxsi əmlakı oğurlayıblar.
Bu barədə Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Bütün bu oğurluq halları noyabrın 25-də axşam baş verib.
Hazırda Xətai rayon Polis İdarəsinin əməkdaşları küçələrdə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı kadrları nəzərdən keçirirlər.
İstintaqın versiyasına görə, sözügedən bütün oğurluq halları eyni qrupun üzvləri tərəfindən törədilib.Hələlik faktla bağlı heç kəs saxlanmayıb. Bu istiqamətdə iş aparılır. Qafqazinfo-nun məlumatında deyilir.
Bakucity.az