Çirklənmənin 80 faizindən çoxu avtomobillərin payına düşür
Bakucity.az xəbər verir ki, Bakıda havanın çirklənməsinin ən başlıca səbəblərindən biri havanın tərkibində karbon qazının artmasıdır. Çirklənmənin 80 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür.
Bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.
Onun sözlərinə görə, ölkədə havanın çirklənməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görülür.
“Avtomobillər ətraf mühitin çirklənməsinin əsas mənbələrində biri olaraq qalır. Əfsuslar olsun ki, nəqliyyat vasitələrinin sayı gündən-günə artır”, - M.Nəbiyev deyib. Məlumatı Oxu.az yayıb.
Bakucity.az