Bakıda alimentdən boyun qaçıran ana həbs olundu

Bakıda alimentdən boyun qaçıran ana həbs olundu, Javid

Məhkəmə hər uşağa görə qadına 100 manat aliment kəsib

Bakucity.az xəbər verir ki, Bakıda alimentdən boyun qaçıran ana həbs olunub.

Bu barədə açıqlamasında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov məlumat verib.

“Bakı şəhər sakini, Niftəliyeva Samirə 3 il 8 aydır həyat yoldaşından ayrılıb. Xəzər rayon Məhkəməsinin qərarı ilə cütlüyün arasındakı nikah pozulub və iki övladı atası ilə qalıb. Məhkəmə hər uşağa görə qadına 100 manat aliment kəsib.

Məhkəmənin aliment barədə qərarı olmasına baxmayaraq, qadın 3 il 8 aydır ki, qərarı icra etmir və alimenti ödəmir. Məhkəmə qərarını icra etmədiyi üçün qadın saxlanılıb və Xəzər rayon Məhkəməsinin qərarı il 10 sutka inzibati həbsə məhkum olunub”, - deyə o bildirib. Trend-in məlumatında bildirilir.

Bakucity.az 

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər