Bakıda yeni muzey açılacaq

Bakıda yeni muzey açılacaq

“Bakutel”də poçt və rabitənin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək 

Bakucity.az xəbər verir ki, bu il Azərbaycanda müasir poçt rabitəsinin yaradılmasından 200, Poçt və Teleqraf Nazirliyinin yaradılmasından isə 100 il ötür. Bu tarix cari ildə 24-cü dəfə təşkil olunan “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində işıqlandırılacaq.

Sərgi çərçivəsində poçt və rabitənin tarixini əks etdirən eksponatlardan ibarət muzey fəaliyyət göstərəcək. 

Müzeyə gələnlər 2018-ci il istehsalı “Sizə məktub var” filmini və “Məktublar həftəsi” sənədli filmini də izləyəcəklər.

Bakucity.az

Bakıda yeni muzey açılacaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər