Bakıda azyaşlı qızlara seksual zorakılıq törədən şəxsə ağır cəza verildi

Bakıda azyaşlı qızlara seksual zorakılıq törədən şəxsə ağır cəza verildi, Javid

O, 15 il müddətinə azadlıqdan məhrum edilib

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Amil Paşayevin 2017-ci ilin dekabr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər