67 mindən artıq bilet çap olunub
Bakucity.az xəbər verir ki, Noyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ" - "Sportinq" oyununa 10 mindən artıq bilet satılıb.
Bu barədə "Qarabağ" futbol klubundan açıqlama verilib.
Bildirilib ki, hazırda bilet satışı davam edir. Oyun üçün 67 mindən artıq bilet çap olunub. Biletlərin qiyməti 2 manatdan 50 manata qədər dəyişir.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Trend-in məlumatında deyilir.
Bakucity.az