"Neftçi"nin uğurlu çıxışının əsas səbəbi açıqlandı

Qapıçı Azərbaycan yğmasının Millətlər Liqasındakı çıxışı barədə fikir bildirməyib

“Qalib gəlsək də, çətin görüş idi. Rəqibdən bu cür oyun gözləyirdik, lakin istədiyimiz oyunu sərgiləyib, qələbə qazandıq”.

Səlahət Ağayev Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”i səfərdə 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən belə deyib:

“Neftçi”də birlik-bərabərlik var, yaxşı heyətə malikik. Nəticələrdə öz əksini tapan əsas səbəb budur. Oyundan-oyuna daha yaxşı çıxış etməyə çalışırıq. Hələ mövsümün başa çatmasına çox var. Hər matça qələbə üçün çıxırıq”.

27 yaşlı qolkiper matçın 52-ci dəqiqəsində “Səbail”in qapısına təyin edilən penalti epizoduna meydan sahiblərinin futbolçularının etiraz etməsinə də münasibət bildirib:

“Dəqiq söz deməkdə çətinlik çəkirəm, çünki həmin epizod məndən uzaqda idi. Amma qapısına penalti təyin edilən komandanın oyunçuları referiyə həmişə etiraz edir”.

Ağayev 89-cu dəqiqədə oyunun bərpasını ləngitdiyinə görə sarı vərəqə ilə cəzalandırılıb. Qərarla razılşmadığını deyir:

“Həmin epizodda niyyətim vaxt uzatmaq yox, topu mərkəzə çəkib, oyuna daxil etmək idi. Referi bunu fərqli dəyərləndirdi və “sarı” verdi”.

“Neftçi” dekabrın 1-də XIII tur çərçivəsində “Sabah”ın qonağı olacaq. Qolkiper buna da fikir bildirib:

“Sabah” debütant sayılsa da, 4-cü pillədədir. Ötən tur “Qarabağ”la 1:1 hesablı heç-heçə ediblər. Bu görüşdə də müsbət nəticə üçün əlimizdən gələni edəcəyik”.

Ağayev üzvü olduğu Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kosovoya 4 cavabsız qolla məğlub olması və bu görüşdən sonra komanda ətrafında gəzən söz-söhbət barədə fikir bildirməyib.

"Səbail" üzərində qələbədən sonra xallarını 29-a çatdıran "Neftçi" liderliyini daha da möhkəmləndirib. 

Bakucity.az

Neftçi Səlahət Ağayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Bakıda narkotiki onlayn satmaq istəyən qardaşlar saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarə əməkdaşlarının daxil ol...
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır,...
Cəmiyyət
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb. Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin k...
Cəmiyyət
Şəhərin mərkəzində uçulub-tökülən bir məhəllə. Paytaxtın Nərimanov rayonu ərazisində olan bu məhəllədə yaşayanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə yaşayır. Ərazidə fəaliyyət göstərən tikinti şirkəti tərəfindən sakinlərin yarısı başqa yerə köçürülsə də, digərləri, necə deyərlər, Allahın ümidinə qalıblar. BakuCity.az xəbər verir ki, söhbət Nərimanov rayonu, Malik Məmmədov 28 ünvanındakı məhəllədən gedir. “Komfort həyat” şirkəti tərəfindən ərazidə tikinti iş...
Cəmiyyət
Qurban bayramının qeyd edildiyi günlər qeyri-rəsmi iş günləri olacaq. İyulun 31-i və avqustun 1-i Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd olunacaq. BakuCity.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncamında öz əksini tapıb. Azərbayan Respublikasının Baş Naziri Əli Əsədovun 2 dekabr 2019-cu il tarixində imzaladığı...
Hadisələr
Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, hadisə ötən gün Atatürk prospektində qeydə alınıb. “Domino's pizza”da kuryer işləyən Ülvi motosikleti ilə qəzaya düşüb və aldığı xəsarətdən vəfat edib. Gəncin yaxınlarının sosial şəbəkələrdə yazdığqlarına görə, Ülvi restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş...
Cəmiyyət
Bakıda yararsız binaların söküntüsü davam edir. BakuCity.az  xəbər verir ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər. Hazırda işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Sakinlərə evlərinin ölçülərinə uyğun olaraq 400-800 manat arasında kirayə haqqı ödənilir. Daha sonra sakinlər köçürüldükləri mən...
Cəmiyyət
Kürdəmirdə koronavirusa yoluxma sürətlənib. BakuCity.az xəbər verir ki, rayonun Sığırlı kəndində kütləvi yoluxma qeydə alınıb.  Ətraflı reportajı təqdim edirik: BakuCity.az
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 5...