Dekabrda Bakıda hava necə olacaq?

Dekabrda Bakıda hava necə olacaq?

Güclü külək və yağışların yağacağı gözlənilir

Bakucity.az xəbər verir ki, Dekabr ayının birinci ongünlüyündə Bakıda güclü şimal küləyi əsəcək.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, gələn ay havanın temperaturu, demək olar ki, ölkə ərazisində iqlim norma göstəricilərindən çox fərqlənməyəcək:

“Yəni iqlim norması daxilində havanın temperatur tərəddüd edəcək. Ayrı-ayrı günlərdə temperaturun normadan bir qədər aşağı enməsi proqnozlaşdırılır. Xüsusilə də dekabr ayının birinci ongünlüyündə güclü şimal küləyi güclənəcək. Bu dövr ölkə ərazisində yağıntılı hava şəraiti ilə səciyyələnəcək”. Məlumatı oxu.az yayıb. 

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər