Bu gün “Qarabağ” Bakıda həlledici oyununu keçirəcək

Bu gün “Qarabağ” Bakıda həlledici oyununu keçirəcək , Javid

“Qarabağ”da əsas problemi nədir? 

Bakucity.az xəbər verir ki, Ağdam təmsilçisi  UEFA Avropa Liqası V tur çərçivəsində Portuqaliya “Sportinq”ini qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 21:55-də start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin yer aldığı E qrupunda ilk matçı məhz bu komandaya qarşı olub. Lissabonda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

“Qarabağ”da əsas problem İnnosent Emeqaranın yoxluğudur.  Lissabon təmsilçisinin baş məşqçisi Marsel Kayzer isə 11 oyunçunun xidmətindən yararlana bilməyəcək.

Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqlarına görə görüşü buraxacaqlar. Fredi Montero və Rafinya tam olaraq hazır deyil. IV turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb. Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib. Belə vəziyyətdə “Sportinq” Bakıya 19 futbolçu ilə gəlib. Onlardan 4-ü “B” komandanın üzvləridir. Report məlumat yayıb. 

Avropa Liqası

Qrup mərhələsi, V tur

29 noyabr

21:55. “Qarabağ” – “Sportinq”

Baş hakim: Petr Ardelyanu

Yan xətt hakimləri: Petr Blajey, Tomaş Mokruş

Əlavə köməkçilər: Zbınek Proske, Emanuel Marek

Dördüncü hakim: Yan Patak (hakimlər briqadası Çexiyadandır)

Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya),

UEFA nümayəndəsi: David MkDauel Zor (Sloveniya)

Bakı Olimpiya Stadionu

Bakucity.az

Qarabağ FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər