Bakıda daha bir hamam faciəsi - Qadının meyiti tapıldı

Bakıda daha bir hamam faciəsi - Qadının meyiti tapıldı, Javid

Dəm qazı daha bir həyata son qoydu

Bakucity.az xəbər verir ki, Keşlə qəsəbəsi, Y.ASəfərov küçəsində yaşayan 1951-ci il təvəllüdlü Əmirova Aybənizin yaşadığı mənzilin hamam otağından meyiti tapılıb.

Ailə üzvləri onun hamamdan çıxmadığını görərək qapını açıblar və dəhşətli mənzərə ilə qarşılaşıblar.

Məlum olub ki, A.Əmirova dəm qazından boğularaq ölüb.

Qeyd edək ki, havaların soyuması ilə dəm qazından zəhərlənmə və ölüm hallarının sayı artıb. Məlumatı publik.az yayıb. 

Bakucity.az

Dəm qazı ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər