Bakıda prokuror qızı dələduzluğa görə həbs edildi

Bakıda prokuror qızı dələduzluğa görə həbs edildi, Javid

Qadın məhkəmə zalında həbs olundu

Bakucity.az xəbər verir ki, Bakıda dələduzluqda təqsirli bilinərək həbs edilən Günel Şıxıyevanın daha bir cinayət əməli üzə çıxıb. 

G.Şıxıyeva tanınmış həkim, Milli Onkologiya Mərkəzində Baş-Boyun Cərrahiyyəsi Şöbəsində üz-çənə cərrahı Qeys Əsədliyə qarşı dələduzluq edib. 

G.Şıxıyeva Sinqapura turizm səfəri təşkil etmək adı ilə vətəndaşları aldadaraq pul alıb. Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan G.Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Ondan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.

Səkkiz zərərçəkmişin şikayəti əsasında G.Şıxıyeva saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, G.Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib, G.Şıxıyeva məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, G.Şıxıyevanın atası uzun müddət  prokuror vəzifəsində çalışıb.

Bakıda prokuror qızı dələduzluğa görə həbs edildi, fotoşəkil-1

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər