“Kanal 7”də Azərbaycana həsr olunan proqram yayımlanıb
Bakucity.az xəbər verir ki, Türkiyənin “Kanal 7” televiziyasında Özlem Tuncanın təqdimatı ilə hər bazar günü yayımlanan “Dünyanı gəzirəm” verilişinin budəfəki buraxılışında ölkəmizdən bəhs olunub.
Verilişdə paytaxt Bakının görməli yerləri, tarixi məkanları barədə geniş məlumat verilir.
Verilişdə “Dünyanı gəzirəm”in yaradıcı heyətinin səfər çərçivəsində Bakının Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət etdikləri bildirilir. Azərtac məlumat verir.