"Qarabağ” Bakıdakı oyunla bağlı azarkeşlərə müraciət etdi

"Qarabağ” Bakıdakı oyunla bağlı azarkeşlərə müraciət etdi, Javid

"Sportinq” oyun 21:55-də başlayacaq

Bakucity.az xəbər verir ki, "Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunun "Sportinq”lə oyun öncəsi azarkeşlərinə müraciət edib.

Klubun rəsmi "Facebook" səhifəsində verilən məlumatda deyilir ki, müraciətdə matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapılarının 3 saat əvvəldən (saat 18:55) açılacağı, ictimai dayanacaqların azarkeşlərin xidmətində olacağı və oyun gec başa çatacağından "Koroğlu” metrostansiyasının daha gec – 01:00-da bağlanacağı bildirilib.

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ” – "Sportinq” oyunu saat 21:55-də başlayacaq.

Bakucity.az

Qarabağ FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər