“Səbail”in qış hazırlıq planı müəyyənləşdi

“Səbail”in qış hazırlıq planı müəyyənləşdi

“Səbail” futbol komandasının qış hazırlıq planı müəyyənləşdi

Bakucity.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən “dənizçilər” təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaqlar.

Bununla bağlı paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib.

Laradakı “Miracle Resort Hotel”də məskunlaşacaq “Səbail”in hazırlıq prosesi gələn il yanvarın 12-dən 25-dək nəzərdə tutulub. Bu müddətdə isə komanda 4 yoxlama oyunu keçirəcək. 

Klublar 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxmağı planlaşdırırlar. Qış fasiləsi isə fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə qurtaracaq.

Bakucity.az

“Səbail” futbol komandası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər