Bakıda məktəb direktorunun döyülməsinə görə cinayət işi başlandı

Bakıda məktəb direktorunun döyülməsinə görə cinayət işi başlandı, Javid

Xuliqanlıq maddəsi ilə cinayət işi açıldı

Bakucity.az xəbər verir ki, Bakıda aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə aktyor Rza Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb. Report-un məlumatında deyilir

Bakucity.az

Tural Mirzəliyev Direktor Rza Rzayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər