Bakıda külək ağacları aşırdı, maşınlar əzilib, xəsarət alan var

Bakıda külək ağacları aşırdı, maşınlar əzilib, xəsarət alan var

Güclü külək paytaxtda fəsadlar törədib.

Bu barədə Bakucity.az-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd olunub ki, güclü külək nəticəsində paytaxt ərazisində 22 irigövdəli ağac aşıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə Təsərrüfat Birliyi gücləndirilmiş iş rejiminə keçib. Araşdırma zamanı məlum olub ki, hadisə nəticəsində Qoqol küçəsində bir ağac maşının üstünə aşıb. Nəticədə bir nəfər xəsarət alıb.

Bununla yanaşı, paytaxtın Azadlıq prospektində də ağac maşının üzərinə aşıb.

Bakucity.az

Külək Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər