Bu gün Bakının bir hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının bir hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ, Javid

Təbii qazın verilişində məhdudiyyət olacaq

Bakucity.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar noyabrın 30-u saat 10:00-dan təmir işləri yekunlaşanadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Bakucity.az

Bakı qaz məhdudiyyət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər