Bakıda yeni avtomobil yolu istifadəyə verilir - FOTO/VİDEO

Bakıda yeni avtomobil yolu istifadəyə verilir - FOTO/VİDEO, Javid

Müasir yol paytaxtın 3 yaşayış məntəqəsini birləşdirəcək 

Bakucity.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərində uzunluğu 107,8 km olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir ki, artıq bu layihələrdən bir neçəsində işlər yekunlaşıb.

Bunu AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq icra edilərək yekunlaşdırılan layihələrdən biri də 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yoludur. 7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi.  Avtomobil yolunun yenidən qurulması ilə qeyd olunan problem artıq öz həllini tapıb.

Yol boyu layihə əsasında tam yeni və müasir yol infrastrukturu yaradılıb. Məlumarı Trend yayıb. 

Bakıda yeni avtomobil yolu istifadəyə verilir - FOTO/VİDEO, fotoşəkil-1 Bakıda yeni avtomobil yolu istifadəyə verilir - FOTO/VİDEO, fotoşəkil-2 Bakıda yeni avtomobil yolu istifadəyə verilir - FOTO/VİDEO, fotoşəkil-3 Bakıda yeni avtomobil yolu istifadəyə verilir - FOTO/VİDEO, fotoşəkil-4

Bakucity.az

Bakı yeni yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər