Hadisələrə səbəb sürət həddinin aşılması olub
Bakucity.az xəbər verir ki, yağmurlu hava şəraiti və güclü küləklə əlaqədar paytaxtın enişli-yoxuşlu və sərt döngəli yollarında maddi zərərlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəsmisi Vaqif Əsədovun verdiyi məlumata görə, hadisələrə səbəb sürət həddinin aşılması olub:
“Yağmurlu hava şəraiti və güclü külək avtomobillərin sürüşmə ehtimalını artırır. Ümumiyyətlə, sürücülər bu cür hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır.
Gecə saatlarında bu normalara riayət etməyən sürücülər üç yol-nəqliyyat hadisəsinin yaşanmasına şərait yaradıblar. Onlardan ikisi sərt döngələrdə maneələrə çırpılma nəticəsində qeydə alınıb. Heç bir ölüm hadisəsi qeydə alınmayıb”. Oxu.az-ın məlumatında deyilir.
Bakucity.az