Polis məsələni araşdırır
Bakucity.az xəbər verir ki, Sosial şəbəkələrdə qatarda qızlarla oğlanlar arasında yaşanan davanın görüntülərinin yayılmasına “Bakı Metropoliteni”ndən rəsmi münasibət bildirilib.
Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisə ilə bağlı əməkdaşlara heç bir müraciət edilmədiyini bildirib:
“Sözügedən videogörüntülərin nə zaman və hansı stansiyada baş verdiyi məlum deyil. Yazılanlara görə, hadisə “28 May” metrostansiyasında hərəkətdə olan qatarda baş verib. Bu barədə metropoliten işçilərinə və polis əməkdaşlarına heç bir müraciət daxil olmadığı üçün məsələ ilə bağlı heç nə deyə bilmərəm.
Amma videonun kütləvi informasiya vasitələrində yayılması ilə əlaqədar polis məsələni araşdırır. Ola bilər ki, görüntülər köhnədir. Faktla bağlı hər hansı informasiya əldə edilərsə, ictimaiyyətə məlumat veriləcək”. Oxu.az-ın məlumatında bildirilib.
Bakucity.az