Dekabrda paytaxtda hava necə olacaq?

Dekabrda paytaxtda hava necə olacaq?, Javid

Dekabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində normadan aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13, bəzi günlərdə 3-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-34 mm) gözlənilir.

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər