DİQQƏT! Bakıda bu avtobuslar xətdən yığışdırılacaq - VİDEO

DİQQƏT! Bakıda bu avtobuslar xətdən yığışdırılacaq - VİDEO

Paytaxta elektriklə işləyən avtobuslar gətiriləcək

Bakucity.az xəbər verir ki, dizel yanacağından ətraf mühitə atılan tullantıların miqdarı digər yanacaq növlərindən dəfələrlə çoxdur. Ekoloqlar da bildirir ki, ətraf mühiti çirkləndirən əsasən dizel yanacağıdır.

Bunu nəzərə alaraq Bakıda dizellə işləyən avtobusların xətlərdən yığışdırıması planlaşdırılır. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu proses avtobus parkının yenilənməsi çərçivəsində həyata keçiriləcək. Bir müddət sonra ölkəyə gətiriləcək 300 yeni avtobus da məhz sıxılmış maye-qaz yanacağı ilə işləyən nəqliyyat vasitələri olacaq.

Mais Ağayev – BNA-nın mətbuat katibi: "Bununla bağlı daşıyıcı şirkətlər qarşısında tələb qoyulub. Ümumiyətlə əsas hədəflərimizdən biri odur ki, marşrut şəbəkəsində yaxın 3-4 ildə sıxılmış təbii qazla işləyən avtobusların sayı, o cümlədən elektriklə çalışan avtobusların sayı daha da artırılsın”.

Hazırda sərnişindaşımaya cəlb edilən 2000-dən çoxu məhz dizel yanacağı ilə işləyir. Bu isə o deməkdir ki, bu qədər avtobus gələcəkdə yerini sıxılmış maye qaz yanacağı ilə işləyən avtobuslara verəcək.

Qeyd edək ki, hazırda Bakıda yalnız "Bakubus”a məxsus avtobuslar sıxılmış maye qaz yanacağı ilə işləyir.

Mövzu barədə "ARB TV”də yayımlanan videonu təqdim edirik:

Bakucity.az

Avtobus Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər