User views view_news rubric_id news_rubric_id 3

Qarşıdan sərt qış gəlir: Bakının ən əsas problemi nədir?

Əhaliyə xəbərdarlıq edilib

Ekspert qısa zamanda bu problemləri aradan qaldırmağın mümkün olmadığını deyir

Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov paytaxt rayonlarının icra başçılarını, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərini toplayaraq müşavirə keçirib. Müşavirədə bildirilib ki, prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtda qış mövsümünə hazırlıq, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlanır.

Bakıda bu il qışın sərt keçəcəyi ilə bağlı proqnozlar var. Hər il qış aylarında paytaxt ərazisində əsasən təbii qaz və yollarla bağlı problem yaşanır. Artıq indidən insanlar qazın zəif gəlməsindən şikayətlənirlər. 

“Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov bildirdi ki, bir il ərzində problemləri tam həll etmək mümkün deyil. Ekspertin sözlərinə görə qərargah yaradılsa, tapşırıq verilsə belə, problemlər yenə yaşanacaq: “Azərbaycanda 200 milyona qədər qaz abonenti var. Lakin ölkədəki qaz təsərrüfatı yeni deyil. Ölkədə 1990-cı illərin əvvəllərindən qaz çəkilişinə başlanıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri  evlərə buxar istiliyi verən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birdən-birə təmir edib, yeniləmək çətin məsələdir. Ona görə də insanlar maksimum ehtiyatlı olmalıdır. Qaz cihazlarının girişində qazın təzyiqi 130 mm olmalıdır. Bundan artıq təzyiq qaldıran zaman kəmərlərdə təzyiq yüklənməsi yaranır. Bu isə ağır fəsadlara gətirib çıxara bilər. Məsələ burasındadır ki, Yasamalda və eləcə də digər bir çox ərazilərdə qaz kəmərləri layihə smeta dəyərləndirməsi olmadan çəkilib. Yəni bir qonşu qaz xətti çəkdirib, digərləri də ondan götürüblər. Nəticədə isə kəmərdə yüklənmə yaranıb və ötürmə qabiliyyəti imkan vermədiyi üçün insanlar qış aylarında əziyyət çəkirlər. Bu cür hallarda təzyiqi qaldıran zaman da problem yaranır. Belə ki, yüksək təzyiq olan zaman qaz tənzimləyicilərinə yaxın olan evlərdə həddindən artıq təzyiq olur. Küçənin ucqar yerlərinə isə bunun əksinə olaraq, qaz gedib çıxmır”.

Ekspertə görə, su və elektrikin normal verilməməsi də qış aylarında Bakıda qaz probleminin yaşanmasına səbəb olur: “Ərazilər var ki, orada suyu müəyyən vaxt kəsiyində güclü verirlər. Həmin zaman da insanlar toplu şəkildə su qızdırıcılarından istifadə edirlər. Nəticə qaz kəmərlərinin ötürücülük qabiliyyətinin prosesə gücü çatmır. Ona görə də qaz, su və elektrikin verilməsindən də asılıdır. Elektrik zəifdirsə, açılmalar olursa, yük qazın üzərinə düşür. Əgər qaz doğrudan da zəif gəlirsə, abonentin borcudur ki, ”104" qaynar xəttinə zəng edib, ünvanını, problemini söyləsin. Yenə də problem həll olunmursa, rəsmi qaydada qaz idarəsinə müraciət etməlidir. Qazın zəif gəlməsi cihazdan, kommunal xətlərdən də asılı ola bilər. Ona görə də müraciət edilməlidir ki, problem həllini tapsın".

Qasımov Bakının əsas problemi sayılan kanalizasiya məsələsinə də toxundu: “Bakının kanalizasiya sisteminin mövcud suyu çəkməyə gücü çatmır. Küçədən axan su gedib dənizə çıxa bilmir. Ona görə də bu problemin də qısa zaman ərzində həlli mümkün deyil”. Musavat.com-un məlumatında deyilir.

Bakucity.az

Bakı əhali problem
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
180 baxış fevralda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Nuridə Hüseynova Heydər Əliyev Sarayında çıxış edəcək İyunun 5-də Heydər Əliyev Sarayında Əməkdar artist xanəndə Nuriyyə Hüseynovanın solo konserti olacaq. Saraydan bildirilib ki, konsertdə Nuriyyə Hüseynova repertuarında yer alan və sevilən mahnıların daxil olduğu yeni konsert proqramı ilə çıxış edəcək. Musiqili gecənin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə etmək olar. Bakucity.az
Biznes
Məcəlləyə dəyişikliklər ediləcək Bakucity.az xəbər verir ki, müddətli əmək müqavilələrinin maksimal müddəti və iş vaxtından artıq vaxtda işə cəlb edilmə ilə bağlı Əmək Məcəlləsində dəyişikliklərin edilməsi istiqamətində hazırda işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimlinin sözlərinə görə, Azərbaycanda əmək bazarı üzrə göstəricilərin yaxşılaşması üçün təkliflər hazırlanır və aidiyyəti qanunvericiliyin təkmilləşdirilməs...
Ekologiya
Temperatur 8-11 dərəcə olacaq Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. “Səhər duman, çiskin  olacaq. Fevralın 25-də gün ərzində arabir yağış yağacaq, temperatur 8-11 dərəcə olacaq. Rayonlarda isə əs...
Hadisələr
Hadisə zamanı kişi və qadın bərk sərxoş olublar Bakucity.az xəbər verir ki, bu barədə Xətai rayon Polis Şöbəsindən bildirilib. Hadisə fevralın 21-də saat 19:40 radələrində Nobel prospektində yerləşən evlərdən birində baş verib. Qabil adlı şəxs 41 yaşlı Rübabə Nuriyevanın üzərinə kerosin tökərək yandırıb. Baş, boyun və əl nahiyələrindən yanıq travması alan qadın xəstəxanaya yerləşdirilib. Onun ölüm təhlükəsinin olmadığı qeyd edilir.  İnsidentdən sonra qaçıb...
Mədəniyyət
Müasir İncəsənət Muzeyində  un əsərləri sərgilənəcək Bakucity.az xəbər verir ki, fevralın 27-də Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılacaq. Müasir İncəsənət Muzeyində təşkil olunacaq sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsərləri nümayiş olunacaq. Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməxsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn isə...
İdman
Topaz Premyer Liqada 18-ci tura start veriləcək. Bakucity.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. "Qəbələ" öz meydanında "Keşlə"ni qəbul edəcək. Digər matçda isə "Qarabağ" debütant "Sabah"ın qonağı olacaq. Qeyd edək ki, turun daha iki qarşılaşamsı isə sabah keçiriləcək. 23 fevral (şənbə) 14:00.“Qəbələ” – “Keşlə” Hakimlər: Rəşad Əhmədov, Vüqar  Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov  Qəbələ şəhər stadionu 16:30.“Sabah” – “Qarabağ” Hak...
Cəmiyyət
Avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq Bakucity.az xəbər verir ki, fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir. Nişanlanma xətlərinin çəkilməsi prosesi gün ərzində başa çatacaq. Bakucity.az
İdman
UEFA İcraiyyə Komitəsinin Bakıda iclası keçiriləcək  Bakucity.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasında 2021-ci ilin avrokubok yarışlarından 3-ü üzrə final matçının ev sahibi açıqlanacaq. Bunlar Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşmalarıdır. Həmin oyunlara təşkilatçılıq istəyi ilə ümumilikdə 7 milli assosiasiyadan müraciət edilib: Avropa Liqası Gürcüstan. B...
Mədəniyyət
Fabio Lepore konsert proqramı ilə çıxış edəcək. Bakucity.az xəbər verir ki, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə İtaliyanın dünya şöhrətli caz musiqiçisi, virtuoz ifaçı Fabio Lepore Bakıda konsert proqramı ilə çıxış edəcək. “Landmark”da reallaşacaq konsertdə ifaçı hit caz nömrələri ilə yanaşı, dünya bəstəkarlarının yaradıcılığına da müraciət edəcək. İtaliyanın ən maraqlı musiqiçilərindən biri olan Fabio Lepore ilk dəfə doğma dilində ifa etdiyi ən...