Dəyişiklik “Keşlə”nin razılıq məktubu əsasında olub
Bakucity.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəlində dəyişiklik edilib.
Peşəkar Futbol Liqası (PFL) “Qarabağ” – “Keşlə” matçının 2 dekabrda deyil, ertəsi gün keçirilməsinə qərar verib. Dəyişiklik “Qarabağ”ın müraciəti və “Keşlə”nin razılıq məktubu əsasında olub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun bazar günü saat 19:00-da başlayacaq. "Report"
Bakucity.az