DİQQƏT! Bakıda maqnit qasırğası olacaq

DİQQƏT! Bakıda maqnit qasırğası olacaq, Javid

Dekabr ayının 1-i və 2-də növbəti geomaqnit qasırğası gözlənilir

Bakucity.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmisi Elçin Babayev deyib ki, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir. Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq:

"Meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlar üçün heç də yaxşı hal vəd etmir. Diskomfort xeyli artacaq". Məlumatı Trend yayıb. 

Bakucity.az

Maqnit Qasırğası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər