Paytaxtda azyaşlılara siqaret satanlar cərimələnir

 Paytaxtda azyaşlılara siqaret satanlar cərimələnir

Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnir

Bakucity.az xəbər verir ki, polis tərəfindən azyaşlılara spirtli içkilər və siqaret satışının dayandırılması istiqamətində tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 29-da Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nizami və Xətai Rayon Polis idarələrinin əməkdaşları ilə birgə həmin rayonların ərazisində reydlər keçiriblər.

Nizami rayonu ərazisində 4, Xətai rayonu ərazisində isə 2 mağaza və köşkdə uşaqlara siqaret satıldığı aşkarlanıb. 6 satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və hər biri 100 manat cərimələnib.

Reydlər davam etdirilir.

Bakucity.az

siqaret satanlar cərimələnir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər